Dörd ölkədən Azərbaycana ətir idxalı kəskin artıb
- 27 mart, 2023
- 10:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycana xaricdən 1,7 milyon ABŞ dolları dəyərində 158,4 ton ətir və tualet suyu gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 31 % azdır, kəmiyyət olaraq – 13 % çoxdur.
Hesabat dövründə Azərbaycan Fransadan 410 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 74 % azdır) 4,3 ton (-74 %), Birləşmiş Ərəb Əmirliklərindən 346 min ABŞ dolları dəyərində (+3,4 dəfə) 55,62 ton (+8 dəfə), Polşadan 264 min ABŞ dolları dəyərində (+3,8 dəfə) 14,8 ton (+3,7 dəfə), Türkiyədən 222 min ABŞ dolları dəyərində (+6,2 dəfə) 22,51 ton (+6,6 dəfə), Rusiyadan 185 min ABŞ dolları dəyərində (+33 %) 13,2 ton (+62 %) məhsul alıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan xaricdən (28 ölkədən) 26,512 milyon ABŞ dolları dəyərində ətir və tualet suyu idxal edib ki, bunun 10,6 milyon ABŞ dolları Fransanın, 2,7 milyon ABŞ dolları İtaliyanın, 2,5 milyon ABŞ dolları Rusiyanın, 2,2 milyon ABŞ dolları İspaniyanın, 1,6 milyon ABŞ dolları Polşanın payına düşüb.