Daha iki ölkədən Azərbaycana küncüt yağı idxalına başlanılıb

Biznes
  • 04 oktyabr, 2022
  • 08:35
Daha iki ölkədən Azərbaycana küncüt yağı idxalına başlanılıb

2022-ci ilin ilk 7 ayı ərzində Azərbaycana 9,17 min ABŞ dolları dəyərində 1,35 ton küncüt yağı idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,1 dəfə, kəmiyyət olaraq – 55,2 % çoxdur.

Hesabat dövründə Çindən 3,59 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 84,1 % çoxdur) 0,67 ton (+63,4 %), Meksikadan 2,53 min ABŞ dolları dəyərində 0,2 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 2,02 min ABŞ dolları dəyərində (dəyişməyib) 0,29 ton (-21,6 %), Böyük Britaniyadan 0,77 min ABŞ dolları dəyərində 0,18 ton (tədarük olmayıb), Paraqvaydan 0,15 min ABŞ dolları dəyərində 0,02 ton, Almaniyadan 0,07 min ABŞ dolları dəyərində 0,01 ton və İrandan 0,04 min ABŞ dolları dəyərində (-88,6 %) 0,01 ton (-85,7 %) yağ alınıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Almaniya və Paraqvaydan tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti