Cənubi Koreya 18 milyard dollarlıq kiçik biznesə dəstək proqramı elan edib

Cənubi Koreya 18 milyard dollarlıq kiçik biznesə dəstək proqramı elan edib Cənubi Koreya Prezidenti Yun Sok Yol kiçik sahibkarlara ümumi dəyəri 25 trilyon von (18 milyard dollar) olan yardım proqramının tətbiqinə göstəriş verib.
Biznes
3 İyul , 2024 08:41
Cənubi Koreya 18 milyard dollarlıq kiçik biznesə dəstək proqramı elan edib

Cənubi Koreya Prezidenti Yun Sok Yol kiçik sahibkarlara ümumi dəyəri 25 trilyon von (18 milyard dollar) olan yardım proqramının tətbiqinə göstəriş verib.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Mikro biznes sahibləri COVID-19 pandemiyasından ən çox zərər çəkiblər və hələ də çətin vəziyyətdədirlər. Planımız populist nağd paylamalar əvəzinə, struktur islahatlarının həyata keçirilməsi üçün dəstəyə ehtiyacı olan kiçik sahibkarlara mənalı, yaxşı işlənmiş yardım təqdim etməkdir”, – dövlət başçısı söyləyib.

Proqramda, xüsusilə pandemiya dövründə kiçik şirkətlərin yaranmış borclarının restrukturizasiyası, kommunal xərclərin ödənilməsi üçün subsidiyalar, habelə kiçik sahibkarlıq subyektlərinə güzəştli şərtlərlə binalar icarəyə verən əmlak sahiblərinə vergi güzəştləri nəzərdə tutulur.

Kiçik biznesə köməklik tədbirləri həm də daxili tələbatın genişləndirilməsi və ölkədəki iqtisadi vəziyyəti dəstəkləmək üçün nəzərdə tutulub. Cənubi Koreyadakı müxalifət də eyni məqsədlə 250 min vonun (180 min dollar) əhaliyə nağd şəkildə paylanmasını tələb edir, lakin iqtidar bu təklifi rədd edir.

Son xəbərlər

Orphus sistemi