Bir ölkədən Azərbaycana avtomobil şinlərinin tədarükü bərpa edilib

Biznes
  • 28 mart, 2023
  • 13:31
Bir ölkədən Azərbaycana avtomobil şinlərinin tədarükü bərpa edilib

Azərbaycan bu ilin ilk ayında 8,1 milyon ABŞ dolları dəyərində 154 min 430 ədəd rezin şin (minik və yük avtomobilləri, avtobuslar üçün, təzə) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24,3 %, kəmiyyət olaraq – 8,3 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 4,44 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 35 % çoxdur) 79 min 235 ədəd (+16 %), Türkiyədən 1,6 milyon ABŞ dolları dəyərində (+7,7 %) 33 min 591 ədəd (-15 %), Koreyadan 383 min ABŞ dolları dəyərində (+3,3 dəfə) 8 min 808 ədəd (+3 dəfə), Belarusdan 382 min ABŞ dolları dəyərində (-7,6 %) 16 min 453 ədəd (+3,5 %), Rusiyadan 345 min ABŞ dolları dəyərində (-19,6 %) 6 min 738 ədəd (-20,7 %) məhsul alıb.

Bir il 9 aylıq fasilənin ardından Şri-Lankadan (1,5 min ABŞ dolları dəyərində 2 ədəd) rezin şin tədarükü bərpa edilib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanın xaricdən (34 ölkədən) aldığı 1,714 milyon ədəd rezin şinin 61,1 %-i Çinin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti