Banqladeş və Hindistan arasında ticarət dayandırılıb

Banqladeş və Hindistan arasında ticarət dayandırılıb Banqladeşin Baş naziri Şeyx Hasinanın istefasından sonra yaranmış siyasi böhran fonunda Hindistan və Banqladeş arasında ticarət tamamilə dayandırılıb.
Biznes
7 Avqust , 2024 15:16
Banqladeş və Hindistan arasında ticarət dayandırılıb

Banqladeşin Baş naziri Şeyx Həsinənin istefasından sonra yaranmış siyasi böhran fonunda Hindistan və Banqladeş arasında ticarət tamamilə dayandırılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Hindistan İxrac Təşkilatları Federasiyasının (FIEO) prezidenti Aşvani Kumar deyib.

"Avqustun 5-dən etibarən ticarət tamamilə dayandırılıb", - o bildirib.

Eyni zamanda A.Kumar qeyd edib ki, Banqladeşdəki tərəfdaşlar bir həftə ərzində əməliyyatların bərpa olunacağına ümid edirlər.

Son xəbərlər

Orphus sistemi