Bakının torpaq bazarında qiymətlər enib
- 11 noyabr, 2021
- 11:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ay Bakının torpaq bazarında qiymətlər sentyabr ayı ilə müqayisədə 9,24 % azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bazarda 12,34 % ucuzlaşma qeydə alınıb.
Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov məlumat verib.
Daşınmaz əmlak bazarının digər bir seqmenti olan tikinti materialları bazarında da ötən ay qiymətlər 1,56 % azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bazarda 24,97 % bahalaşma olub. Ay ərzində tikinti materialları bazarında azalma dəmir məmulatlarının qiymətində 2,17 %, taxta məmulatlarının qiymətində isə 4,35 % müşahidə olunub. Daş məmulatları, dam örtükləri, sement və qumun qiyməti isə dəyişməyib.