Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclası çərçivəsində bir sıra sənədlər imzalanıb.
"Report" xəbər verir ki, sənədləri Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfindən Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk imzalayıb.
Azərbaycanla Rusiya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 20-ci iclasının protokolu, iki ölkə arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Həmçinin Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Rusiya Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyası arasında niyyət protokolu imzalanıb. Sənədi Azərbaycan tərəfindən KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov və Rusiya tərəfindən isə Korporasiyasının rəhbəri Aleksandr İsayeviç imzalayiblar.