Azərbaycanın xəmir mayası istehsalçısının xalis mənfəəti 5 dəfə artıb
- 09 avqust, 2023
- 07:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın xəmir mayası istehsalçısı “Azər Maya İstehsal” QSC 2022-ci ili 440 min manat xalis mənfəətlə başa vurub.
“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 4,7 dəfə çoxdur.
Ötən il “Azər Maya İstehsal”ın vergiyəqədərki mənfəəti 550 min manat (əvvəlki ilə nisbətən 4,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 110 min manat (4,8 dəfə çox) təşkil edib.
Bu ilin yanvarın 1-nə “Azər Maya İstehsal”ın aktivləri 8,526 milyon manat olub ki, bu da illik müqayisədə 60,2 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 95,1 % artaraq 6,765 milyon manata çatıb, balans kapitalı isə 5 % azalaraq 1,761 milyon manata düşüb.
Xatırladaq ki, "Azər Maya İstehsal" 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,761 milyon manatdır. Şirkətin səhmləri "Azər-Maya" ASC-yə məxsusdur.