Azərbaycanın podratçı şirkəti nizamnamə kapitalını 7 dəfə artırır

Biznes
  • 30 noyabr, 2022
  • 08:05
Azərbaycanın podratçı şirkəti nizamnamə kapitalını 7 dəfə artırır

“BCC Group” QSC nizamnamə kapitalını 35 milyon manat və yaxud 6,8 dəfə artıraraq 6 milyon manatdan 41 milyon manata çatdırdığını elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, BCC Group energetika, neft-qaz, neft-kimya və digər sahələr üzrə infrastrukturun layihələndirilməsi, tikintisi, idarə olunması və xidməti üzrə MST (Mühəndislik/Satınalma/Tikinti) podratçısıdır. Şirkət 1997-ci ildən Azərbaycanda və regionda tikinti biznesi, həllərin optimallaşdırılması, öz müştərilərinə kompleks və əlavə xidmətlərin təqdim edilməsi ilə məşğuldur.

44 filmi