Azərbaycanın əsas tədarük bazarından odadavamlı gil idxalı 92 dəfə azalıb

Biznes
  • 11 avqust, 2022
  • 08:39
Azərbaycanın əsas tədarük bazarından odadavamlı gil idxalı 92 dəfə azalıb

2022-ci ilin yanvar-may aylarında Azərbaycan 25 min ABŞ dolları dəyərində 133,8 ton odadavamlı gil idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19,7 dəfə, kəmiyyət olaraq – 30,6 dəfə azdır.

Hesabat dövründə Ukraynadan 9 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 46,5 dəfə azalıb) 40 ton (-92 dəfə), İrandan 2 min ABŞ dolları dəyərində (-5,1 dəfə) 10,3 ton (-7,2 dəfə) və Rusiyadan 13 min ABŞ dolları dəyərində (+36,1 %) 83,4 ton (-0,3 %) məhsul alınıb.

Ötən il Azərbaycanın idxal etdiyi 16 min 618 ton odadavamlı gilin 97 %-i Ukraynanın payına düşüb. Bu ilin mart-may aylarında Ukraynadan bu məhsul tədarük edilməyib.