Azərbaycanın əsas tədarük bazarından günəbaxan yağı idxalı kəskin artıb

Biznes
  • 26 may, 2022
  • 09:30
Azərbaycanın əsas tədarük bazarından günəbaxan yağı idxalı kəskin artıb

Bu ilin ilk 3 ayında Azərbaycan xaricdən 16,92 milyon ABŞ dolları dəyərində 12 min 105 ton günəbaxan yağı alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 46 % azdır.

Rusiyadan 16,48 milyon ABŞ dolları dəyərində 11 min 872 ton, Türkiyədən 263,14 min ABŞ dolları dəyərində 139,24 ton, Ukraynadan 139,84 min ABŞ dolları dəyərində 77,15 ton (martda tədarük olmayıb), İtaliyadan 30,78 min ABŞ dolları dəyərində 13,06 ton, Belarusdan 6,07 min ABŞ dolları dəyərində 2,8 ton məhsul gətirilib.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Rusiyadan idxal müvafiq olaraq 41 % və 47 % azalıb, Türkiyədən – 15,4 % və 23,2 % azalıb, Ukraynadan – 30 dəfə və 32 dəfə artıb, İtaliyadan – 60 % və 43,2 % artıb, Belarusdan – 2,2 dəfə və 85,4 % artıb. Qeyd edək ki, mart ayında Ukraynadan tədarük olmayıb. Bu ayda Azərbaycan günəbaxan yağını əsasən Rusiyadan idxal edib və tədarük həcmləri martda öncəki iki ayın göstəricisinə nisbətən 83 % artıb.

Hesabat dövründə Azərbaycan xaricə 2,91 milyon ABŞ dolları dəyərində 1 min 585 ton günəbaxan yağı satıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 14 % çoxdur və 15,3 % azdır.

İraqa 1,89 milyon ABŞ dolları dəyərində 1 min 031 ton, Gürcüstana 850,44 min ABŞ dolları dəyərində 452,31 ton, Türkmənistana 167,25 min ABŞ dolları dəyərində 100,46 ton, Amerika Birləşmiş Ştatlarına (ABŞ) 1,05 min ABŞ dolları dəyərində 0,55 ton məhsul ixrac edilib.

2021-ci ilin birinci rübü ilə müqayisədə İraqa tədarük müvafiq olaraq 12,4 % artıb və 16 % azalıb, Gürcüstana – 4,7 % artıb və 22 % azalıb. Bir il əvvəl Türkmənistan və ABŞ-a günəbaxan yağı satılmayıb

Qeyd edək ki, Rusiya ənənəvi olaraq Azərbaycanın əsas günəbaxan yağı tədarükçüsüdür. Ötən il ölkəyə gətirilən günəbaxan yağının 98,2 %-i, 2020-ci ildə - 98,3 %-i, 2019-cu ildə - 97,7 %-i, 2018-ci ildə - 93,6 %-i, 2017-ci ildə - 98,7 %-i bu ölkənin payına düşüb.

44 filmi