Azərbaycanda yeni yaradılan şirkətlərin sayı 37% artıb

Azərbaycanda yeni yaradılan şirkətlərin sayı 37% artıb Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 234 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36,8 % çoxdur.
Biznes
13 Sentyabr , 2022 15:30
Azərbaycanda yeni yaradılan şirkətlərin sayı 37% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 234 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36,8 % çoxdur.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, həmin kommersiya qurumlarının 71,3 %-i elektron qaydada, 28,7 %-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. Onlardan 1 817-nin (ümumi qeydiyyatın 17,8 %-i) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması təmin edilib.

Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 76 %-i yerli, 24 %-i xarici investisiyalı müəssisələrdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının sayı 14 % artıb.

Son xəbərlər

Orphus sistemi