Azərbaycanda Strateji Yol xəritələrinin hazırlanmasında 400-dən çox ekspert iştirak edib

Azərbaycanda Strateji Yol xəritələrinin hazırlanmasında 400-dən çox ekspert iştirak edib Ekspertlər: Məzənnənin sabitləşməsi biznes mühitinə müsbət təsir göstərə bilər
Biznes
10 Aprel , 2017 11:56
Azərbaycanda Strateji Yol xəritələrinin hazırlanmasında 400-dən çox ekspert iştirak edib

Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycanda Strateji Yol Xəritəsi hazırlanarkən 5 000 nəfər insanın fikri öyrənilib. "Report" xəbər verir ki, bunu sənədin hazırlanması prosesini əlaqələndirən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

V. Qasımlının sözlərinə görə, Strateji Yol xəritələrinin hazırlanmasında 400-dən çox yerli və xarici ekspertlər iştirak ediblər: "Strateji Yol Xəritəsinin hazırlanması üçün 150-dən artıq görüş keçirilib. Biz Səudiyyə Ərəbistanı, Qazaxıstan və başqa ölkələrin təcrübəsinə baxmışıq. Yalnız Azərbaycanda bu qədər insanın mövqeyi soruşulub".

İqtisadçı alim Vüqar Bayramov isə deyib ki, ölkədə pul dövriyyəsinin optimallaşdırılması lazımdır: "Düşünürəm ki, pul dövriyyəsinin məhdudlaşdırılmasından pul dövriyyəsinin optimallaşdırılmasına keçmək lazımdır. Optimal pul dövriyyəsi təkcə manatın məzənnəsi ilə deyil, investisiyalarla da tənzimlənməlidir. Məhdudlaşdırmalar həmçinin investisiyaları da məhdudlaşdırır. Həmçinin, volatillik tənzimlənməlidir. Biznes üçün volatilliyin qısa olması önəmlidir. Bununla yanaşı məzənnə stabilləşməlidir. Bu, biznes mühitinə müsbət təsir göstərə bilər".

Son xəbərlər

Orphus sistemi