Azərbaycanda eyni şəxsə məxsus 5 şirkət ləğv olunur

Biznes
  • 30 sentyabr, 2022
  • 12:35
Azərbaycanda eyni şəxsə məxsus 5 şirkət ləğv olunur

Azərbaycanda eyni şəxsə məxsus "Sabiroglu Group", "Progresto Group", "MMK İnşaat və Təchizat", "SS-Product" və "Huseyn Group" MMC-lər ləğv olunduqlarını elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində ilk 2 şirkət üzrə Bakı şəhəri, Suraxanı rayonu, Zahid Əliyev küçəsi, ev 4, mənzil 2, növbəti 2 şirkət üzrə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsi, 58, sonuncu şirkət üzə isə Qazax rayonu, Aşağı Salahlı kəndi ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Sabiroglu Group" və "Huseyn Group" 2018-ci ildə, "Progresto Group", "MMK İnşaat və Təchizat", "SS-Product" isə 2019-cu ildə yaradılıb. Bu şirkətlərin hamısının qanuni təmsilçisi Zaur Sabir oğlu Mirzəyevdir.