Azərbaycanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 39 % artıb
Biznes
- 18 avqust, 2023
- 12:29
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 19,3 milyon manat vəsait daxil olub ki, bu da proqnozdan 47,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 38,9 % çoxdur.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, 7 aylıq daxilolmaların 3,6 milyon manatı qeyri-yaşayış sahələrinin, 15,7 milyon manatı isə torpaq sahələrinin icarəsi hesabına təmin edilib.
Hesabat dövründə 1 915 yeni icarə müqaviləsi bağlanılıb ki, bu da 1 il əvvələ nisbətən 15 % azdır. İcarə müqavilələrinin 418-i qeyri-yaşayış sahələrinə, 1 497-i isə torpaq sahələrinə aid olub. Bunlar isə illik müqayisədə müvafiq olaraq 16 % və 14,7 % azdır.
Son xəbərlər
02:48
ABŞ 66 beynəlxalq təşkilatdan çıxıb
Digər ölkələr02:21
Video
Minneapolisdə ICE agenti qadını öldürməsindən sonra etirazlar başlayıb
Digər ölkələr01:48
Tramp: ABŞ-nin müdafiə sənayesi müəssisələri silahı çox ləng istehsal edir
Digər ölkələr01:19
Azərbaycan klubu Çelenc Kubokunda mübarizəni dayandırıb
Komanda01:16
"Barselona" "Atletik"i məğlub edərək İspaniya Superkubokunun finalına çıxıb
Futbol01:07
Video
Qərbi Azərbaycan Xronikası: Hay kimliyi və "Erməni məsələsi"nin 200 illik kökü
Daxili siyasət00:58
Ağ Ev: Tramp komandası ilə Qrenlandiyanın satın alınmasını müzakirə edir
Digər ölkələr00:30
Hələbdə toqquşmalar zamanı beş nəfər ölüb, 30-dan çox insan xəsarət alıb
Digər ölkələr00:17