Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ixrac olunan mallara 41 155 ədəd mənşə sertifikatı verib.
Bu barədə "Report"a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 23,4 % çoxdur.