Azərbaycanda 4 500 adda dərman preparatı dövlət qeydiyyatına alınıb

Biznes
  • 11 iyun, 2015
  • 06:48
Azərbaycanda 4 500 adda dərman preparatı dövlət qeydiyyatına alınıb

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycanda indiyədək təxminən 4 500 adda dərman preparatı dövlət qeydiyyatından keçib. "Report" xəbər verir ki, bunu Tarif Şurasının katibi İlkin Məcidov deyib: "Yeni dərman vasitələrinin qeydiyyatı üçün Səhiyyə Nazirliyinə müraciət edilməlidir".

İ.Məcidovun sözlərinə görə, Səhiyyə Nazirliyi idxalçının müraciəti əsasında dərmanlar üzrə ekspertiza və sınaq keçirir: "Səhiyyə Nazirliyi dərmanı dövlət qeydiyyatına alır, dövlət reyesterinə daxil edir və idxala icazə üçün qeydiyyat vəsiqəsi verir".

Tarif Şurası rəsmisinin sözlərinə görə, tətbiq edilən qiymət tənzimlənməsi mexanizmi əksər Avropa ölkələrində tətbiq olunur: "Artıq iyunun 9-dan etibarən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb".

Son xəbərlər

Bütün Xəbər Lenti