Azərbaycanda 11 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 535 minə yaxın şəxs qəbul edilib

Biznes
  • 08 dekabr, 2025
  • 14:02
Azərbaycanda 11 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 535 minə yaxın şəxs qəbul edilib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 534 723 şəxs qəbul edilib və onlara 852 716 sayda xidmət göstərilib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bunlardan 301 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 188 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) bağlı olub.

Ümumi elektron xidmətlərin 89,5 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

- "ASAN İmza" sertifikatlarının verilməsi;

- Vergi ödəyicilərinə arayışların verilməsi;

- Vergi ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi;

- Fiziki şəxslərin uçota alınması və yenidən uçota alınması;

- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);

- Fiziki şəxslərin uçotdan çıxarılması.

Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 30,5 mindən çox sayda yazılı müraciət cavablandırılıb, 20,6 milyona yaxın sayda məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.

Dövr ərzində 3 764 vergi ödəyicisinin iştirakı ilə 354 görüş keçirilib, 4 923 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 3 milyon 756 minə yaxın SMS göndərilib.

Son xəbərlər

Bütün Xəbər Lenti