Azərbaycana əsas tədarük bazarından günəbaxan toxumu idxalı 2,3 min dəfə azalıb
- 25 may, 2022
- 13:03
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin birinci rübündə Azərbaycan 1,55 milyon ABŞ dolları dəyərində 911,84 ton günəbaxan toxumu idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 4 dəfə azdır.
Çindən 943,6 min ABŞ dolları dəyərində 517,28 ton, Türkiyədən 542,84 min ABŞ dolları dəyərində 327,33 ton, Ukraynadan 56,1 min ABŞ dolları dəyərində 66 ton, Rusiyadan 4,7 min ABŞ dolları dəyərində 1,1 ton, İrandan 0,33 min ABŞ dolları dəyərində 0,08 ton və Almaniyadan 0,32 min ABŞ dolları dəyərində 0,07 ton məhsul gətirilib.
Ötən ilin ilk 3 ayının göstəriciləri ilə müqayisədə Çindən tədarük müvafiq olaraq 21 % və 15,1 % artıb, Türkiyədən – 6,1 % və 25,3 % artıb, Ukraynadan – 25,4 % və 4,3 % azalıb, Rusiyadan – 354 dəfə və 2 341 dəfə azalıb, İrandan – 5,5 dəfə və 12,5 dəfə azalıb, Almaniyadan – 45,5 % və 40 % artıb.