Azərbaycan Türkiyədən xalça idxalına çəkdiyi xərci 16 %-dən çox azaldıb

Biznes
  • 06 dekabr, 2025
  • 13:39
Azərbaycan Türkiyədən xalça idxalına çəkdiyi xərci 16 %-dən çox azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 8,240 milyon ABŞ dolları dəyərində xalça idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,2 % azdır.

Noyabrda Türkiyə Azərbaycana 906,39 min ABŞ dolları dəyərində xalça ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 23,1 % azdır.

11 ayda Türkiyənin ümumi xalça ixracının dəyəri illik müqayisədə 2,5 % azalaraq 2,554 milyard ABŞ dolları, noyabrda isə 3,5 % azalaraq 250,9 milyon ABŞ dolları olub.

Türkiyədən ən çox xalça idxalını ABŞ 655,778 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 9 % az), İraq 276,632 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 13,7 % çox) və Səudiyyə Ərəbistanı 263,364 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 2,1 % çox) dəyərində həyata keçirib.

Son xəbərlər

Bütün Xəbər Lenti