Azərbaycan Türkiyədən geyim məhsulları idxalına çəkdiyi xərci 23 % azaldıb

Biznes
  • 02 avqust, 2024
  • 11:58
Azərbaycan Türkiyədən geyim məhsulları idxalına çəkdiyi xərci 23 % azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 33,78 milyon ABŞ dolları dəyərində geyim məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23,1 % azdır.

Təkcə iyulda isə Türkiyə Azərbaycana 4,529 milyon ABŞ dolları dəyərində geyim məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 6,6 % çoxdur.

7 ayda Türkiyənin geyim məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 10,2 % azalaraq 10,36 milyard ABŞ dollarına, iyulda isə 7,3 % artaraq 1,663 milyard ABŞ dollarına çatıb.

44 filmi