Azərbaycan Səudiyyə Ərəbistanı ilə birgə müəssisələrin yaradılmasını müzakirə edib
Azərbaycan Səudiyyə Ərəbistanı ilə birgə müəssisələrin yaradılmasını müzakirə edibAzərbaycan və Səudiyyə Ərəbistanı arasında birgə müəssisələrin yaradılması müzakirə edilib.
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında birgə müəssisələrin yaradılması müzakirə edilib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Səudiyyə Ərəbistanından olan nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq. İkitərəfli investisiyaların və ticarət əlaqələrinin təşviqi, birgə müəssisələrin yaradılması, Səudiyyə Ərəbistanından olan investorların Azərbaycanın sənaye parklarında rezident qismində iştirakı imkanları barədə müzakirələr apardıq. Birgə fəaliyyətin gücləndirilməsinin ölkələrimizdə iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əhəmiyyətini vurğuladıq", - deyə o qeyd edib.
Səudiyyə Ərəbistanından olan nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq.
İqtisadiyyat Nazirliyinin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, nümayəndə heyətinə Səudiyyə Palataları Federasiyasının sədri Hassan Moejeb Alhvaizin rəhbərlik edib. Görüşdə Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Ölkəmizdə investorlar üçün əlverişli mühitin olduğu, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsində həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd olunub.
İnvestisiya əməkdaşlığının genişləndirilməsi və ikitərəfli ticarət dövriyyəsinin artırılması istiqamətlərində imkanların reallaşdırılması baxımından Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə Biznes Şurasının səmərəli mexanizm olduğu vurğulanıb. Birgə fəaliyyətin gücləndirilməsinin ölkələrimizdə iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əhəmiyyəti qeyd edilib.