Azərbaycan Qrenlandiyadan skumbriya balığının alışını 5 dəfə artırıb
- 14 avqust, 2024
- 13:30
Bu ilin I yarısında Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 535,35 ton skumbriya balığı (dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 %, kəmiyyət olaraq – 4 % azdır.
Hesabat dövründə Azərbaycan İslandiyadan 776,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % azdır) 399,5 ton (-3 %), Qrenlandiyadan 203,3 min ABŞ dolları dəyərində (+5 dəfə) 80,3 ton (+5 dəfə), Rusiyadan 106 min ABŞ dolları dəyərində 41,2 ton (bir il əvvəl tədarük olmayıb), Norveçdən 39,7 min ABŞ dolları dəyərində (-76 %) 14 ton (-83 %), Birləşmiş Ərəb Əmirliklərindən 2,3 min ABŞ dolları dəyərində (-52 %) 0,5 ton (-50 %) məhsul alıb.
2023-cü ildə Azərbaycana 8 ölkədən idxal edilmiş 3 min 509 ton skumbriyanın 54,3 %-i İslandiyanın, 34,1 %-i Qrenlandiyanın payına düşüb.