Azərbaycan İstanbul İqtisadi Sammitində iştirak edib

Azərbaycan İstanbul İqtisadi Sammitində iştirak edib Azərbaycan Türkiyənin İstanbul şəhərində keçirilən "Qlobal dəyər zəncirləri" mövzusunda 6-cı İstanbul İqtisadi Sammitində iştirak edib.
Biznes
9 Dekabr , 2022 18:50
Azərbaycan İstanbul İqtisadi Sammitində iştirak edib

Azərbaycan Türkiyənin İstanbul şəhərində keçirilən "Qlobal dəyər zəncirləri" mövzusunda 6-cı İstanbul İqtisadi Sammitində təmsil olunub.

Bu barədə "Report" İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Tədbirin açılış mərasimində AZPROMO-nun rəhbəri Yusif Abdullayev çıxış edərək ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, ixrac potensialı barədə məlumat verib, tədbirin keçirilməsinin davamlı enerjiyə çıxış, turizm, qida təhlükəsizliyi, qadın sahibkarlığı, "yaşıl enerji" və digər sahələrin inkişaf etdirilməsi kimi məsələlərin müzakirəsi baxımından xüsusi önəm kəsb etdiyini bildirib.

Sammitin açılışında, həmçinin Şimali Kipr Türkiyə Respublikasının iqtisadiyyat və enerji naziri Olgün Amcaoğlu, Türkiyәnin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) prezidenti Nail Olpak, Dünya Bankının baş iqtisadçısı Sibel Kulaksız, "Yuvam Dünya" Assosiasiyasının İdarə Heyətinin sədri Kıvılcım Pinar Kocabıyık, Türkiyə Qadın Sahibkarları Assosiasiyasının prezidenti Emine Erdem və digər rəsmi şəxslər çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi