Azərbaycan piy və yağ ixracını 60 % artırıb
- 23 sentyabr, 2024
- 11:11
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 18,6 milyon ABŞ dolları dəyərində 11,3 min ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 45,5 %, həcmi isə 60 % artıb.
Avqustda isə ölkədən 2,7 milyon ABŞ dolları məbləğində 1 548 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib ki, bu da keçən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 1 % və 3,4 % azdır.
8 ay ərzində Azərbaycan xarici ölkələrlə 30 milyard 995 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 18 milyard 232 milyon ABŞ dolları ixracın, 12 milyard 764 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25,1 % azalıb, idxal isə 14,5 % artıb.