Azərbaycan Pakistandan kartof tədarükünü 200 dəfədən çox artırıb
- 20 may, 2022
- 09:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk 3 ayında Azərbaycan xaricdən 15,855 milyon ABŞ dolları dəyərində 61 min 989 ton kartof (toxumluq kartofdan başqa) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 9,3 %, kəmiyyət olaraq – 2,9 % çoxdur.
Türkiyədən 7,389 milyon ABŞ dolları dəyərində 29 min 497 ton, İrandan 5,131 milyon ABŞ dolları dəyərində 20 min 738 ton, Pakistandan 1,527 milyon ABŞ dolları dəyərində 5 min 088 ton, Gürcüstandan 944,01 min ABŞ dolları dəyərində 3 min 776 ton, Ukraynadan 847,35 min ABŞ dolları dəyərində 2 min 824 ton, Rusiyadan 16,27 min ABŞ dolları dəyərində 65,1 ton məhsul gətirilib.
2021-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə Türkiyədən tədarük müvafiq olaraq 14 dəfə və 14,2 dəfə artıb, İrandan – 62,8 % və 64 % azalıb, Pakistandan – 213 dəfə və 212,9 dəfə artıb, Gürcüstandan – 6,4 dəfə və 6,2 dəfə artıb. Bir il əvvəl Azərbaycan Ukraynadan kartof idxal etməyib.
Hesabat dövründə Azərbaycan xaricə 611,24 min ABŞ dolları dəyərində 1,25 min ton kartof satıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 33,2 % və 45 % azdır.
Rusiyaya 593,7 min ABŞ dolları dəyərində 1,21 min ton, Belarusa – 17,54 min ABŞ dolları dəyərində 39,1 ton məhsul ixrac edilib.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Rusiyaya tədarük müvafiq olaraq 24,6 % və 31 % azalıb, Belarusa – 39,4 % və 77,4 % azalıb.