Azərbaycan Niderlanddan odadavamlı sement alışını bərpa edib
- 11 fevral, 2025
- 12:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 7,82 milyon ABŞ dolları dəyərində 6 414 ton odadavamlı sement idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 22 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 4,22 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 24 % çoxdur) 3 479 ton (+20 %), Bolqarıstandan 1,64 milyon ABŞ dolları dəyərində (+8 %) 740 ton (+3 %), Rusiyadan 379 min ABŞ dolları dəyərində (+55 %) 1 037 ton (+3 dəfə), Çindən 298 min ABŞ dolları dəyərində (-10 %) 312 ton (-37 %), İtaliyadan 216 min ABŞ dolları dəyərində (+11 dəfə) 153 ton (+14 dəfə) məhsul alıb.
Azərbaycan 1 il 6 aylıq fasilənin ardından Niderlanddan tədarükü (4,4 min ABŞ dolları dəyərində 3 ton) bərpa edib.