“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə məxsus “Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi” yumşaq inventar yataq ləvazimatı və xüsusi geyimlərin satınalınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Cavidan-N” MMC-dir.
Qalib şirkətə 1 milyon 226,4 min manat ödəniləcək.