Azərbaycan Malayziyadan avtomobil şinlərinin alışını bərpa edib
- 05 fevral, 2025
- 09:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 85,52 milyon ABŞ dolları dəyərində 1,73 milyon ədəd rezin şin (minik və yük avtomobilləri, avtobuslar üçün, təzə) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7 %, kəmiyyət olaraq – 6 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 57,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 8 % azdır) 1,172 milyon ədəd (-8 %), Türkiyədən 9,4 milyon ABŞ dolları dəyərində (-16 %) 185 178 ədəd (-2 %), Rusiyadan 4,4 milyon ABŞ dolları dəyərində (+5 %) 132 429 ədəd (+6 %), Tailanddan 3,33 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 64 159 ədəd (+3,5 dəfə), Cənubi Koreyadan 3,8 milyon ABŞ dolları dəyərində (-18 %) 70 701 ədəd (-38 %) məhsul alıb.
Azərbaycan 2 il 6 aylıq fasilənin ardından Malayziyadan tədarükü (3,14 min ABŞ dolları dəyərində 80 ədəd) bərpa edib.
2023-cü ildə Azərbaycana 38 ölkədən idxal edilmiş 1,98 milyon ədəd avtomobil şininin 69,2 %-i Çinin payına düşüb.