Azərbaycan kakao ixracından gəlirini 2 dəfə artırıb

Biznes
  • 28 yanvar, 2023
  • 13:50
Azərbaycan kakao ixracından gəlirini 2 dəfə artırıb

2022-ci ildə Azərbaycan 100,2 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 10,3 % çoxdur.

Ötən il Azərbaycanın kakao və ondan hazırlanan məhsullar ixracının dəyəri isə 12 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 2,1 dəfə çoxdur.

İl ərzində kakao və ondan hazırlanan məhsullar üzrə idxal Azərbaycanın ümumi idxalın 0,7 %-ni, ixrac isə ümumi ixracın 0,03 %-ni təşkil edib.

2022-ci ildə Azərbaycan xarici ölkələrlə 52 milyard 686 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2021-ci ilə nisbətən 55,4 % çoxdur.

İllik xarici ticarət dövriyyəsinin 38 milyard 147 milyon dolları ixracın, 14 milyard 540 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 71,8 %, idxal isə 24,2 % artıb.

Son nəticədə xarici ticarətdə 23 milyard 607 milyon dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,2 dəfə çoxdur.