"Azərbaycan İnvestisiya Şirkəti"nin investisiya portfelinin dəyəri açıqlanıb

Biznes
  • 13 yanvar, 2023
  • 07:08
Azərbaycan İnvestisiya Şirkətinin investisiya portfelinin dəyəri açıqlanıb

2022-ci ilin sonuna İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (AİŞ) investisiya portfelinin dəyəri və qərar verilmiş investisiyaların məbləği 240,3 milyon manat təşkil edib.

"Report" xəbər verir ki, bunu naziri Mİkayıl Cabbarov "Twittter"də bildirib.

Onun sözlərinə görə, həmin məbləğin 76 %-i ağır sənayeyə, 13 %-i qida sənayesinə, 3 %-i "yaşıl iqtisadiyyat"a, 8 %-i isə digər sahələrə yönəldilib.

"AİŞ-in fəaliyyətinin səmərəliliyinin artırılması qarşıdakı hədəflərimizdən biridir. Ötən il şirkətin əməliyyat xərcləri optimallaşdırılıb, əsas investisiya alt-portfeli və likvidlik alt-portfeli üzrə gəlirlilik göstəriciləri artıb", - deyə nazir qeyd edib.

44 filmi