Azərbaycan İndoneziyadan makaron alışını bərpa edib

Biznes
  • 06 dekabr, 2024
  • 09:54
Azərbaycan İndoneziyadan makaron alışını bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 15 milyon ABŞ dolları dəyərində 12 min 817 ton makaron məmulatları (kuskusdan başqa) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 23 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 7,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 8,4 % çoxdur) 8 min 286 ton (+17 %), Rusiyadan 5,3 milyon ABŞ dolları dəyərində (+20 %) 3 min 276 ton (+31 %), Ukraynadan 1,6 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 727 ton (+2,2 dəfə), İtaliyadan 392 min ABŞ dolları dəyərində (-34 %) 177 ton (-41 %), Qırğızıstan 190 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 118 ton (+2,2 dəfə) məhsul alıb.

Azərbaycan 2 ilin tamamında İndoneziyadan (0,3 min ABŞ dolları dəyərində 0,05 ton) tədarükü bərpa edib.

2023-cü ildə Azərbaycana 33 ölkədən idxal edilmiş 14 min 994 ton makaronun 65,7 %-i Türkiyənin payına düşüb.