Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalına çəkdiyi xərci təxminən 12 % azaldıb
- 20 sentyabr, 2024
- 10:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan 86,566 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,5 % azdır.
“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Azərbaycana tədarük qonşu ölkənin yerli məhsul ixracının 4,7 %-ni təşkil edib.
Hesabat dövründə Gürcüstan ümumilikdə 1 milyard 825,247 milyon ABŞ dolları dəyərində yerli istehsal mallarını ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 4,3 % azdır.
Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Rusiya (376,503 milyon ABŞ dolları; 3,2 % çox), Türkiyə (287,632 milyon ABŞ dolları; 12,2 % çox), Çin (181,748 milyon ABŞ dolları; 18,8 % az), Ermənistan (101,235 milyon ABŞ dolları; 2,7 % çox) və ABŞ (86,214 milyon ABŞ dolları; 90,2 % çox) olub.