Azərbaycan daha üç ölkə ilə biznesin maliyyələşməsinə dair əməkdaşlıq edəcək

Biznes
  • 31 mart, 2022
  • 11:06
Azərbaycan daha üç ölkə ilə  biznesin maliyyələşməsinə dair əməkdaşlıq edəcək

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə digər ölkələrin müvafiq qurumları arasında biznesin maliyyələşməsi və sahibkarlığın təşviqinə dair əməkdaşlıq qurulması nəzərdə tutulur.

Bu barədə “Report”a açıqlamasında SİF-in Strateji təhlil və Beynəlxalq Əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Fateh İsrəfilzadə deyib.

"Türkiyənin Kiçik və Orta Sahibkarlığın İnkişafı və Dəstəklənməsi Birliyi (KOSGEB) ilə “Yol xəritə”si artıq imzalanıb və uğurla icra edilir. Bundan əlavə, Rusiya, Estoniya və Malayziya ilə biznesin maliyyələşməsinə dair əməkdaşlığın qurulması nəzərdə tutulur”, - F.İsrəfilzadə qeyd edib.

Qeyd edək ki, ötən ilin aprel ayında Azərbaycanla Qazaxıstan arasında da biznesin inkişafına dəstək məqsədilə "Yol xəritəsi" imzalanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti