Azərbaycan daha iki ölkədən şokolad tədarük etməyə başlayıb

Biznes
  • 12 iyul, 2023
  • 06:58
Azərbaycan daha iki ölkədən şokolad tədarük etməyə başlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 36,9 milyon ABŞ dolları dəyərində 9 min 871 ton şokolad gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 2,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 15,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 % azdır) 5 min 66 ton (-26 %), Türkiyədən 5,4 milyon ABŞ dolları dəyərində (+42,4 %) 1 min 223 ton (+38 %), Polşadan 3,8 milyon ABŞ dolları dəyərində (+16 dəfə) 604,9 ton (+18 dəfə), Ukraynadan 3 milyon ABŞ dolları dəyərində (+37 %) 980 ton (+39,5 %), Niderlanddan 2,3 milyon ABŞ dolları dəyərində (+255 dəfə) 473 ton (+214 dəfə) məhsul alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qırğızıstandan (5,6 min ABŞ dolları dəyərində 2,1 ton) və İordaniyadan (11,7 min ABŞ dolları dəyərində 0,4 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (44 ölkədən) idxal edilmiş 27 min 518 ton şokoladın 61 %-i Rusiyanın, 12 %-i Türkiyənin, 8,4 %-i Ukraynanın payına düşüb.