Azərbaycan daha iki ölkədən elektrikli velosiped idxal etməyə başlayıb
- 13 fevral, 2025
- 12:30
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 5 279 ədəd elektrik mühərrikli velosiped idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 36 % az, kəmiyyət olaraq – 30 % çoxdur.
Hesabat dövründə Azərbaycana Çindən 907 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 19 % çoxdur) 5 052 ədəd (-18 %), Türkiyədən 127 min ABŞ dolları dəyərində 209 ədəd, Almaniyadan 10,2 min ABŞ dolları dəyərində (-64 %) 4 ədəd (dəyişməyib), Polşadan 8,1 min ABŞ dolları dəyərində 2 ədəd, Rumıniyadan 3,6 min ABŞ dolları dəyərində 6 ədəd elektrikli velosiped alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Polşa və Rumıniyadan tədarük həyata keçirilib.