Azərbaycan daha bir ölkəyə şərab ixrac etməyə başlayıb
- 12 avqust, 2022
- 10:54
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-may aylarında Azərbaycan 1,304 milyon ABŞ dolları dəyərində 16,12 min dekalitr üzüm şərabı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8,9 %, kəmiyyət olaraq – 6,7 % azdır.
Hesabat dövründə İtaliyadan 695,26 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 9 % artıb) 7,55 min dekalitr (+33,4 %), Fransadan 298,54 min ABŞ dolları dəyərində (-16,7 %) 1,2 min dekalitr (-55 %), Gürcüstandan 173,3 min ABŞ dolları dəyərində (-39 %) 4,64 min dekalitr (-37,6 %), Çilidən 38,37 min ABŞ dolları dəyərində (+13 dəfə) 0,72 min dekalitr (+72 dəfə), Almaniyadan 33,84 min ABŞ dolları dəyərində (-30,6 %) 0,61 min dekalitr (+9 %) məhsul alınıb.
Hesabat dövründə Azərbaycan xaricə 1,049 milyon ABŞ dolları dəyərində 75,61 min dekalitr üzüm şərabı satıb ki, bu da əvvəlki ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 19,1 % və 29 % azdır.
Rusiyaya 784,95 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 23,2 % azalıb) 64,02 min dekalitr (-34,1 %), Belarusa 51,89 min ABŞ dolları dəyərində (+12 %) 1,99 min dekalitr (-2,5 %), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 65,7 min ABŞ dolları dəyərində 0,7 min dekalitr, Rumıniyaya 31,28 min ABŞ dolları dəyərində 1,16 min dekalitr, Çinə 24,47 min ABŞ dolları dəyərində (-69 %) 0,6 min dekalitr (-77 %) məhsul göndərilib.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Rumıniyaya tədarük həyata keçirilib.