Azərbaycan daha bir ölkədən kontakt linzaları almağa başlayıb

Biznes
  • 14 dekabr, 2024
  • 07:26
Azərbaycan daha bir ölkədən kontakt linzaları almağa başlayıb

Bu ilin ilk 9 ayında Azərbaycan 311 min ABŞ dolları dəyərində 110 min 994 ədəd kontakt linza idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 % çoxdur, kəmiyyət olaraq 12 % azdır.

Hesabat dövründə Azərbaycan Cənubi Koreyadan 80 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 70 % çoxdur) 44 min 159 ədəd (+26,5 %), Çindən 66,8 min ABŞ dolları dəyərində (-66 %) 50 min 797 ədəd (-40 %), Türkiyədən 64,31 min ABŞ dolları dəyərində (+49 %) 4 min 293 ədəd (-13 %), Yaponiyadan 39 min ABŞ dolları dəyərində 4 min 469 ədəd (bir il əvvəl tədarük olmayıb), Sinqapurdan 29 min ABŞ dolları dəyərində 3 min 399 ədəd (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Polşadan (19 min ABŞ dolları dəyərində 2 min 709 ədəd) tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti