Azərbaycan daha bir ölkədən farfor qab tədarük etməyə başlayıb

Biznes
  • 28 iyun, 2023
  • 08:32
Azərbaycan daha bir ölkədən farfor qab tədarük etməyə başlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 2 milyon ABŞ dolları dəyərində 373,44 ton farfordan yemək və mətbəx qabları idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 15 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 746 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18 % çoxdur) 229 ton (+65 %), Türkiyədən 438 min ABŞ dolları dəyərində (-35 %) 68,1 ton (-64 %), Almaniyadan 270 min ABŞ dolları dəyərində (-15 %) 5,7 ton (-2 %), Polşadan 108 min ABŞ dolları dəyərində (+32 %) 23,1 ton (+44 %), Portuqaliyadan 104 min ABŞ dolları dəyərində (+4,2 dəfə) 3 ton (+5 dəfə) məhsul alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Braziliyadan (3,38 min ABŞ dolları dəyərində 0,02 ton) tədarük həyata keçirilib.

44 filmi