Azərbaycan BƏƏ-dən istiot alışını bərpa edib
- 24 dekabr, 2024
- 07:45
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 2,8 milyon ABŞ dolları dəyərində 708 ton istiot idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 % çox, kəmiyyət olaraq – 2 % azdır.
Hesabat dövründə Azərbaycan Vyetnamdan 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 % azdır) 254 ton (-23 %), Türkiyədən 698 min ABŞ dolları dəyərində (+5 %) 147 ton (+6 %), Özbəkistandan 246 min ABŞ dolları dəyərində (+88 %) 115 ton (+2 dəfə), Hindistandan 170,8 min ABŞ dolları dəyərində (+4 %) 73 ton (+0,8 %), İrandan 170,2 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 41,2 ton (+2,7 dəfə) istiot alıb.
Azərbaycan 1 il 7 aylıq fasilənin ardından Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) (2,9 min ABŞ dolları dəyərində 1 ton) istiot tədarükünü bərpa edib.