Azərbaycan ABŞ-dən nərə balığı idxalını bərpa edib

Biznes
  • 28 noyabr, 2024
  • 09:25
Azərbaycan ABŞ-dən nərə balığı idxalını bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 2,24 milyon ABŞ dolları dəyərində 1 min 206 ton nərə balığı (dondurulmuş) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1 %, kəmiyyət olaraq – 8 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 902 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % azdır) 834 ton (-10,6 %), Polşadan 506 min ABŞ dolları dəyərində (+2,4 %) 90,3 ton (-35 %), Çindən 248 min ABŞ dolları dəyərində (+3,8 %) 58 ton (+3,6 %), İtaliyadan 242 min ABŞ dolları dəyərində (+45 %) 32 ton (+45 %), Estoniyadan 165 min ABŞ dolları dəyərində (+6,6 dəfə) 132 ton (+6,3 dəfə) məhsul alıb.

Azərbaycan 6 il 4 aylıq fasilənin ardından Amerika Birləşmiş Ştatlarından (1,7 min ABŞ dolları dəyərində 0,12 ton) tədarükü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti