Azərbaycan ABŞ-dan qızıl balıq tədarükünü bərpa edib

Biznes
  • 15 sentyabr, 2023
  • 10:07
Azərbaycan ABŞ-dan qızıl balıq tədarükünü bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xarici ölkələrdən 2,84 milyon ABŞ dolları dəyərində 389 ton qızılbalıq gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq - 46 % azdır.

Hesabat dövründə Azərbaycan Çilidən 1,29 milyon ABŞ dolları dəyərində (+37 %) 215 ton (+41 %), Norveçdən 509 min ABŞ dolları dəyərində (-25 %) 98 ton (-11 %), Ukraynadan 473 min ABŞ dolları dəyərində (+7,5 dəfə) 35 ton (+7 dəfə), Lüksemburqdan 344 min ABŞ dolları dəyərində (+21 %) 16,4 ton (+7 %), Türkiyədən 47 min ABŞ dolları dəyərində (+11 dəfə) 5,71 ton (+5 dəfə) məhsul alıb.

Azərbaycan 1 il 4 aylıq fasilənin ardından Amerika Birləşmiş Ştatlarından (1,55 min ABŞ dolları dəyərində 0,04 ton) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (20 ölkədən) idxal edilmiş 786 ton qızılbalığın 48,4 %-i Çilinin, 20,9 %-i Norveçin, 13,1 %-i Ukraynanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti