ADB Azərbaycan şirkətlərinə "yaşıl sement"dən istifadə etməyi təklif edib

ADB Azərbaycan şirkətlərinə "yaşıl sement"dən istifadə etməyi təklif edib Asiya İnkişaf Bankı (ADB) dayanıqlı satınalma təcrübələrini tətbiq edən Azərbaycan şirkətlərinə "yaşıl sement"dən istifadə etməyi təklif edir.
Biznes
6 May , 2024 16:55
ADB Azərbaycan şirkətlərinə yaşıl sementdən istifadə etməyi təklif edib

Asiya İnkişaf Bankı (ADB) dayanıqlı satınalma təcrübələrini tətbiq edən Azərbaycan şirkətlərinə "yaşıl sement"dən istifadə etməyi təklif edir.

Bu barədə ADB-nin Baş direktorunun müavini və satınalmalar üzrə əsas əməkdaşı Ceff Teylor "Report"a müsahibəsində bildirib.

"Yaşıl sement" ənənəvi sementdən daha aşağı karbonlu sementdir. Biz onu ADB tərəfindən maliyyələşdirilən layihə çərçivəsində Hindistanda sınaqdan keçirdik. Bazar bu tələbata cavab verə biləcəkmi, nəticə bundan asılıdır. Biz Hindistan bazarında dərin araşdırma apardıq və istehsalçıların bunu bacara biləcəklərini gördük. Ancaq biz qiymətləndirmə prosesində daha dayanıqlı və ya ekoloji cəhətdən təmiz materiallar təklif edən podratçıya üstünlük verməklə bunu dəstəkləyə bilərik", - o vurğulayıb.

C.Teylor qeyd edib ki, belə bir sement istifadə ediləcəksə, karbon kompensasiyası və ya onun qənaəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrdə (NDC) nəzərə alına bilər: "Ölçmə mexanizmləri mənim bilik sahəmə daxil deyil. Ancaq satınalmalar - onun həm tikintidə istifadə olunan üsul və materiallarda, həm də obyektin istismar xüsusiyyətlərində karbon izini faktiki olaraq azaltmaq üçün bir çox imkanları var. Başqa bir nümunə, enerjiyə qənaət edən nasoslar, məsələn, LED küçə işıqlandırması və s. ola bilər ki, məncə, ümumi işə milli səviyyədə müəyyən edilmiş töhfə çərçivəsində baxıla bilər".

"Report"un Ceff Teylor ilə müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi