Bakı. 16 aprel. REPORT.AZ/ Rusiyanın bədii gimnastika üzrə yığma komandası Bakıda keçiriləcək I Avropa Oyunlarında güclü heyət ilə təmsil olunacaq.
"Report" TASS-a istinadən xəbər verir ki, yığmanın baş məşqçisi, Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın sözlərinə görə, komandada iki yerə liderlər Marqarita Mamun, Yana Kudryavtseva və Aleksandra Soldatova idda edir.
"Bakıda keçiriləcək Oyunlarda dünyada lider mövqe tutan bütün Avropa bədii gimnastikası təmsil olunacaq. Ona görə Bakıdakı Oyunlar bizim üçün Olimpiya Oyunları ilə eynidir və Rusiya yığması güclü olmalıdır. Biz komandanı təmsil edəcək iki gimnastı yığmanın Mamun, Kudryavtseva və Soldatova arasından seçməliyik. İştirakçılar mayda Daşkənddə keçiriləcək Dünya Kubokundan sonra müəyyən ediləcək", - deyə Viner-Usmanova bildirib.
I Avropa Oyunları 12-28 iyun tarixlərində keçiriləcək.