​Türkiyəli üzgüçülər: "Azərbaycanlı rəqiblərimiz bizdən güclüdürlər"

​Türkiyəli üzgüçülər: "Azərbaycanlı rəqiblərimiz bizdən güclüdürlər" "Burada türklərlə çox gözəl rəftar edirlər"
Avropa Oyunları
12 İyun , 2015 10:50
​Türkiyəli üzgüçülər: Azərbaycanlı rəqiblərimiz bizdən güclüdürlər

Bakı. 12 iyun. REPORT.AZ/ "Gözəl çıxış etdik. Buna baxmayaraq, bir az həyəcanlı idik". "Report"un məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında "Bakı 2015" I Avropa Oyunlarında çıxış edən Defne Bakırcı və Misra Gündeşdən ibarət türkiyəli sinxron üzgüçü duet bildirib.

Onlar Azərbaycanın güclü rəqib olduqlarını bildiriblər: "Slovakiya, Macarıstan, Çexiya və İsrail bizim səviyyədə olan rəqiblərdir. Onları keçməyə çalışırıq. Bizdən daha yüksək səviyyəli rəqiblər də var ki, bunlar İsveçrə, Belarus və bu kimi ölkələrdir. Həmin rəqiblərə də xal baxımından yaxınlaşmağa çalışırıq. Azərbaycan da bizdən güclü rəqibdir".

İlk çıxışlarının gözlədiklərindən də artıq olduğunu vurğulayan türkiyəli üzgüçülər təşkilatçılığın da yüksək səviyyədə olduğunu deyib: "Gözlədiyimizdən də yaxşı nəticə göstərdik və xal qazandıq. Təşkilatçılıq yüksək səviyyədədir. Hər şey düşünülmüş və planlaşdırılmış olaraq həyata keçirilir. İstər idmançıların qarşılanması, istərsə də Atletlər Kəndinə yerləşdirilməsi lazımi səviyyədə həyata keçirilib. Türklərlə çox gözəl rəftar edirlər".

Qeyd edək ki, türkiyəli idmançılar duetin çıxışı 75.2333 xalla qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi