Bakı. 27 iyun. REPORT.AZ/ "Çox xoşbəxt insanam ki, bu sevinci yaşadım və qalib gəldim. İlk Avropa oyunlarında qızıl medalı qazandım". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "
90 kq-dan yuxarı çəkidə yer alan İ.Zəkiyev mükafatlandırma mərasimi barədə də fikirlərini bölüşüb: "Dünən Silahlı Qüvvələrin yaranması günü idi. Mən Avropa Oyunları məşəlini yandıranda söz vermişdim ki, ordu günündə cənab prezidentə medal hədiyyə edim. Mükafatlandırma mərasimində dedim ki, cənab ali baş komandan, əsgər Zəkiyev verdiyiniz döyüş tapşırığını yerinə yetirdi və qızıl medal qazandı. Sonra ondan xahiş etdim ki, mənim yanıma qalxsın".