Bakı. 26 may. REPORT.AZ/ İyun ayının 12-28 Azərbaycanda baş tutacaq I Avropa Oyunlarında iştirak etmək üçün Ermənistandan Bakıya 25 idmançı gələcək.
"Report" "Azatutyun"a istinadən xəbər verir ki, bu barədə bu gün Ermənistan
Ermənistan idmançıları altı idman növündə keçirilən yarışlarda iştirak edəcəklər.
Onun sözlərinə görə, Bakıya güləşçilər - Olimpiya oyunlarının gümüş mükafatçlsı Arsen Culfalakyan və bürünc mükafatçısı Artur Aleksanyan getməyəcək. Rostomyan bu qərarın idmançıların özləri tərəfindən qəbul edildiyini deyib.
Qrachya Rostomyan Bakıda olduqları zaman erməni idmançılarının təhlükəsizliyi məsələlərinin həll olunduğunu da bildirib. "Hazırda təhlükəsizliklə bağlı heç bir narahatlıq və ya digər problem yoxdur", - Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi vurğulayıb.