Bakı. 23 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında qadınlar arasında voleybol yarışlarının dörddəbir final mərhələsinin görüşləri başlayıb. "Report"un məlumatına görə, “Baku Crystall Hall”da baş tutan qarşılaşmada Türkiyə və Rusiya voleybolçuları yarımfinala vəsiqə qazanmaq üçün gərgin mübarizə aparıblar. Görüşdə 4 set oynanılıb. Daha inamlı oyun nümayiş etdirən Türkiyə voleybolçuları 3:1 (25:18, 23:25, 25:22 və 25:19) hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəliblər.
Digər görüş isə Polşa və Almaniya komandaları arasında baş tutub. Gərgin keçən qarşılaşmada polşalı voleybolçular 3:2 (25:23, 25:17, 18:25, 14:25 və 15:10) hesabı ilə qələbə qazanıblar. Bununla da Polşa millisi yarımfinala vəsiqə qazanıb.