Vlaysavleviç: Süni intellekt manipulyasiya alətinə çevrilməməlidir

İnfrastruktur
  • 27 oktyabr, 2026
  • 15:58
Vlaysavleviç: Süni intellekt manipulyasiya alətinə çevrilməməlidir

Süni intellekt manipulyasiya, ayrı-seçkilik və ya mövcud bərabərsizliyin dərinləşməsi alətinə çevrilməməlidir.

"Report" xəbər verir ki, bu barədə Bosniya və Herseqovinanın federal mədəniyyət və idman naziri Sanya Vlaysavleviç Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib.

"Texnoloji tərəqqi məsuliyyətli yanaşma tələb edir. Bizə aydın etik standartlar, şəffaflıq, insan hüquqlarının müdafiəsi, eləcə də vətəndaşlara yeni texnologiyaları anlamağa və onları tənqidi şəkildə qiymətləndirməyə imkan verəcək təhsil lazımdır. Bərabər texnoloji və maliyyə resurslarına malik olmayan ölkələrin və icmaların iştirakını təmin etmək xüsusilə vacibdir. Qlobal sinergiya o deməkdir ki, heç kim yalnız resursların məhdudluğuna görə inkişafdan kənarda qalmamalıdır. Nəticə etibarilə biz yadda saxlamalıyıq ki, texnologiyalar insanları birləşdirə bilər, lakin insan məsuliyyətini, empatiyanı və dürüst dialoqu əvəz etmək iqtidarında deyil", - o qeyd edib.

Onun sözlərinə görə, bilik, texnologiya və təcrübə ümumi rifaha xidmətə yönəldilərsə, süni intellekt xalqlar arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və etimadın möhkəmləndirilməsinin vacib alətinə çevrilə bilər.

44 filmi