Bakı. 26 may. REPORT.AZ/ "
O, ölkəsinin "Bakı 2015"i səbirsizliklə və həyəcanla gözlədiyini bildirib. G.Lustiq bəzi növlər üzrə yarışlarda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziyaların veriləcəyini xatırladaraq, bunu idmançılar üçün əla imkan adlandırıb: "İdmançılarımızdan bəziləri Avropa və dünya çempionu olublar. Amma onlar heç vaxt olimpiadaya bənzər Oyunlarda iştirak şansı qazanmayıblar. Biz Avropa Oyunlarında təmsilçilərimizdən 6 - 9 medal, 12 - 16 final gözləyirik".
İsrail rəsmiləri, həmçinin "Bakı 2015"də yüksək yerlər tutacaq idmançılar üçün mükafat fondunu açıqlayıb. O bildirib ki, qızıl medal qazanana 30 min şekel (təqribən 7 min avro), finalçıya 21 min şekel (4900 avro), bürünc mükafatçıya isə 15 min şekel (3500 avro) veriləcək.